sorğu
Dünən gecə saatlarında qardaş Türkiyədə baş verən olaylar hər bir Azərbaycan vətəndaşını narahat edib.
Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac əliyeva bu hadisələrə öz münasibətini bildirib. Sosial şəbəkədə paylaşdığı statusu olduğu kimi təqdim edirik:
“Çox təəssüflər ki, bu sabahı Türkiyə üçün həyacan keçirərək, dirigözlə açdıq.
Düzdür, uca Türk xalqı gücünü və əzmini göstərdi. Lakin çirkin niyyətli dairələrin əsgəri və ordunu gözdən salmaq istəməsi, Türkiyənin imicinə ziyan vurmaqdan başqa bir şey deyil. Bu dəfə də demokratiya, ədalət, xalq zəfər çaldı! Arzum, qoy, bu, SON OLSUN!!!”
Belediyye.info